Çimərliklərin iş qrafiki müəyyənləşib

3 Avqust 2020 17:40

"Cimerlik.az" portalında 100-dən çox çimərliyin məlumatları bazaya əlavə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu çimərliyin hər biri barəsində vətəndaşlar məlumat ala biləcəklər. Çimərliklər saat səhər 09.00-dan axşam 20.00-dək fəaliyyət göstərəcək:

"Çimərliklərdə könüllü qruplar fəaliyyət göstərəcəkdir. Vətəndaşlardan xahiş olunur ki, çimərliklərdə hər hansı qayda pozuntusu aşkar edərlərsə, könüllülərə məlumat versinlər".

Milli.Az