Prezidentin köməkçisi: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”

3 Avqust 2020 17:27

Dünyada vaksinlərlə bağlı hansı irəliləyişlər əldə edilməsi Azərbaycan hökuməti tərəfindən araşdırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır: "Tam özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir".

Milli.Az