Gəncənin Cavad xan küçəsi yenidən qurulur

21 Dekabr 2011 22:02
Milli.Az xəbər portalının Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Gəncənin Cavad xan küçəsində əsaslı təmir və bərpa işləri davam edir. Küçənin keçmiş memarlıq üslubu qorunmaqla ətrafında daha müasir tikinti işləri aparılıb.

Yeni layihəyə əsasən küçənin 430 metri şəhər əhalisinin gəzintisi üçün nəzərdə tutulur. Həmçinin, şəhərin ən qədim atributlarından olan buta skamyalar da qurulub.

Küçə bütövlükdə Azərbaycanın memarlıq inciləri olan şəbəkə pəncərələrlə əhatə olunub. Buradakı binalarda Gəncənin atributu olan qırmızı kərpicin qorunması şərti ilə əksər küçələrin divarları şəbəkələrlə örtülüb. Cavad xan küçəsində, həmçinin, 7 ədəd fontan da
quraşdırılıb. Buradakı 20-yə yaxın tarixi binalarda isə yalnız restavrasiya işlərinə üstünlük verilib. Bərpa işləri zamanı yalnız zədələnmiş hissələri yenilənib. Binalarda suvaq altında qalan qədimi ornamentləri, naxışları üzə çıxarılıb.

Görülən işlər çərçivəsində küçənin qaz və işıq sistemi də yenilənib. Küçənin səki daşları isə qranitlə əvəzlənib.

Milli.Az