“Milan” futbolçusuna 21 milyon qiymət qoydu

3 Avqust 2020 19:00

İtaliyanın "Milan" klubu yarımmüdafiəçisi Lukas Paketanı satmağa qərar verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, A seriyası təmsilçisi artıq futbolçunun transfer qiymətini də müəyyənləşdirib.

Milanın eyniadlı təmsilçisi braziliyalının satışından 21 milyon avro qazanmaq niyyətindədir. Oyunçunun xidmətində "Fiorentina" maraqlıdır.

Qeyd edək ki, Paketa A seriyasının son mövsümündə 24 oyun keçirib.

Milli.Az