Venger ÇL-dəki favoritlərini açıqladı

3 Avqust 2020 13:57

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasındakı favoritlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, digər iştirakçılarla müqayisədə "Mançester Siti" və PSJ-nin qalib olmaq şanaslarının daha çox olduğunu deyib:

"Mənim üçün "Mançester Siti" və  PSJ potensial baxımından iki favoritdir. Parislərin üç-dörd il əvvəlkindən daha güclü olmadığını hiss edirəm.  Düşünürəm ki, ümumilikdə Avropa futbolunun keyfiyyəti pisləşib. Lakin PSJ yenə də Avropanın ən yaxşı iki və ya üç komandası arasındadır".

Milli.Az