Oyun parkında kütləvi dava: 4 nəfər yaralandı

3 Avqust 2020 14:59

Türkiyədə oyun parkında iki qrup gənc arasında başlayan mübahisə qanla bitib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib.

Bildirilib ki, davada dörd nəfər yaralanıb. Onlardan biri bıçaqlanıb, digərləri isə döyülüb.

Mübahisədə iştirak edən gənclərin bir qismi hadisə yerindən qaçıb. 

Beş nəfər isə polislər tərəfindən tutulub.

Milli.Az