Stox koronavirusa yoluxdu

3 Avqust 2020 17:50

Slovakiya millisinin və PAOK-un futbolçusu Miroslav Stoxda koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun koronavirus testinin nəticəsi müsbət çıxıb.

Stox isə ciddi probleminin olmadığını və yaxın zamanda meydanlara qayıdacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, M.Stox Türkiyənin "Fənərbağça" və "Bursaspor" klublarında da çıxış edib.

Milli.Az