Droqba prezidentliyə namizəd oldu

3 Avqust 2020 16:24

Afrika futbolunun canlı əfsanəsi Didye Droqba federasiya prezidenti olmağa qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, unudulmaz hücumçu Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.

O, seçkilərdə İdris Diallo ilə mübarizə aparacaq. Maraqlıdır ki, Droqbanın ölkəsində çoxlu tərəfdarı olsa da, bu seçkilərdə favorit göstərilmir. FİFA-da da çalışan Diallo federasiya prezidenti olmağa daha şanslı hesab olunur.

Milli.Az