"Real"ın hücumçusu "Lazio"ya keçir

2 Avqust 2020 21:30

"Lazio" "Real Madrid"in forvardı Borxa Mayoralı transfer etməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflərin uzun müddət davam etdirdiyi danışıqlar müsbət nəticələnib. Transfer Roma təmsilçisinə 20 milyon avroya başa gələcək.

23 yaşlı Mayoral 2019/20 mövsümünü icarə əsasında "Levante"də keçirib.

Qeyd edək ki, Mayoral son mövsüm ərzində 36 oyuna 9 qol vurub.

Milli.Az