İngiltərə klubunda məşqçi ayrılığı

2 Avqust 2020 21:50

"Bornmut"un baş məşqçisi Eddi Hau klubla yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis klub rəhbərliyindən müqaviləsinin ləğv edilməsini xahiş edib. "Bornmut" Haunun bu xahişini nəzərə alıb və müqaviləsinə xitam verib.

O, 2012-ci ildən komandanı çalışdırırdı.

Milli.Az