Şmeyxel atasının yolunda

2 Avqust 2020 18:20

İngiltərənin "Mançester Yunayted" klubu danimarkalı "Lester" komandasının qapıçısı Kasper Şmeyxeli almaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb "Mançester Yunayted"in məşqçisi Ule Sulşerin hazırki komandanın qapıçısı ispaniyalı David de Xeanın oyununnan narazı olmasldlr.

Ötən mövsüm K.Şmeyxel "Lester"lə 44 oyun keçirib, 48 qol buraxıb və 14 dəfə sıfıra oynayıb. Klubla mövcud müqaviləsi 30 iyun 2023-cü ilədək qüvvədədir. Futbolçunun transferinin dəyəri 9,5 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Kasper Şmeyxelin atası 1991-1999-cu illərdə "Mançester Yunayted" klubu uğrunda oynayıb, və komanda ilə Liqa və beşqat İngiltərə çempionu adlarını qazanıb.

Milli.Az