Bu il Gürcüstanda 314 nəfər HİV virusuna yoluxub

2 Avqust 2020 17:59

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanda 314 nəfərin HİV virusuna yoluxduğu aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.

İndiyədək ölkədə HİV-ə yoluxma ilə bağlı 8416 fakt qeydə alınıb. Onların 6283-ü kişilər, 2133 nəfəri isə qadınlar olub. Yoluxanların böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır. İlin birinci yarısında 58 kişi və 18 qadın HİV virusundan ölüb.

Qeyd edək ki, QİÇS/HİV Gürcüstanda ilk dəfə 1989-cu ildə qeydə alınıb. Həmin vaxtdan bəri bu xəstəlik 1700 nəfərin həyatına son qoyub.

HİV-ə yoluxma halları uşaqlar arasında da müşahidə olunur. Virusa yoluxmuş 116 uşaqdan 27-si həyatını itirib.

Milli.Az