Zəncirvarı yol qəzası baş verib, xəsarət alan var

2 Avqust 2020 14:55

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Təbriz küçəsində baş verib. İdarəetmədən çıxan dörd minik avtomobili "Mercedes", "Vaz 2106",  "Vaz 2107" və "Vaz 21099" markalı maşınlar toqquşub.

Hadisə zamanı "Vaz 21099" aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər gənc oğlan xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az