"Qızıl buts"un sahibi məlum oldu

2 Avqust 2020 14:14

"Lazio"nun futbolçusu Çiro İmmobile A seriyasında bombardirlik rekordunu yeniləyib və "Qızıl buts" mükafatını qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda "Napoli" ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da "Napoli"nin sabiq futbolçusu Qonzalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu "Bayern"dən Robert Levandovski (34 qol), 3-cü isə "Yuventus"dan "Kriştianu Ronaldu (31 qol) olub.

Milli.Az