"Qalatasaray"da rəsmi ayrılıq

2 Avqust 2020 14:04

"Qalatasaray" braziliyalı müdafiəçisi Maykonu Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nasr"ə satıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

"Sarı-qırmızılar" 31 yaşlı futbolçunu 1 milyon 430 min avroya satıb. Son ilyarımı "Al-Narr"də icarədə keçirən Maykon "Qalatasaray"dan birdəfəlik ayrılmağa qərar verib.

Maykon 2017-ci ildə "San Paulo"dan 8 milyon avro qarşılığında "Qalatasaray"a transfer olmuşdu.

Milli.Az