Ronaldu dünyanın ən bahalı avtomobilini aldı - FOTO

2 Avqust 2020 13:14

Portuqaliya millisinin və "Yuventus"un oyunçusu Kriştianu Ronaldu İtaliya A seriyasının çempionu adını qazandıqdan sonra özünü 9,5 milyon avroluq dünyanın ən bahalı avtomobili ilə mükafatlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqram səhifəsində yeni avtomobilinin fotosunu paylaşan futbolçu "Mənzərəni siz seçin" yazıb. 35 yaşlı Ronaldunun maşın kolleksiyasına daxil etdiyi yeni avtomobili dünyada cəmi 10 ədəd istehsal olunan "Bugatti La Voiture Noire"dir. 1600 at gücündə olan bu model saatda 380 kilometr sürətlə hərəkət edə bilir.

Qeyd edək ki, Ronaldunun avtomobil kolleksiyasının ümumi dəyərinin 30 milyon avro olduğu təxmin edilir.

Milli.Az