Çempionşip təmsilçisinə şok cəza

2 Avqust 2020 11:50

İngiltərənin "Sheffield Wednesday" klubu cəzalandırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna Çempionşip təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozması səbəb olub.

"Sheffield Wednesday"in 12 xalı silinib və komanda 2020/21 mövsümündə çempionata -12 xalla başlayacaq.

Qeyd edək ki, "Sheffield Wednesdsay" son mövsümdə Çempionşipi 16-cı sırada tamamlayıb.

Milli.Az