PSJ ilə öyün öncəsi "Atalanta"da ciddi itki

2 Avqust 2020 11:36

"Atalanta"nın futbolçusu Yosip İliçiç Çempionlar Liqasınını 1/4 finalında PSJ ilə oyunu buraxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi depressiyada olması səbəbindən sözügedən görüşdə iştirak etməyəcək. İliçiçin İtaliya təmsilçisinin düşərgəsini tərk etdiyi və Sloveniyaya getdiyi bildirilib.

Qeyd edək ki, Atalanta avqustun 12-i PSJ ilə qarşılaşacaq.

Milli.Az