Bakıda yaşayış evi külə döndü

2 Avqust 2020 09:26

Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az