Dünyada koronavirusa yoluxanların sayı 18 milyon nəfəri ötüb

2 Avqust 2020 08:30

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 18 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometer" portalında bildirilib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 18 013 189 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 688 718 nəfər vəfat edib, 11,3 milyon nəfər isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (4 764 318), Braziliyada (2 708 876) və Hindistanda (1 751 919) qeydə alınıb.

Milli.Az