"İnter" İtaliya çempionatını ikinci yerdə başa vurub

2 Avqust 2020 07:25

Futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sonuncu turun mərkəzi qarşılaşmasında "Atalanta" Milan "İnter"ini qəbul edib.

Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Danilo D'Ambrozio (1-ci dəqiqə) və Eşli Yanq (20-ci dəqiqə) vurublar.

Beləliklə, "İnter" 81 xalla İtaliya A Seriyasını ikinci yerdə, "Atalanta" isə 78 xalla üçüncü yerdə başa vurub.

Milli.Az