İngiltərə Kubokunun final oyunu keçirilib

2 Avqust 2020 08:15

"Uembli" stadionunda futbol üzrə İngiltərə Kubokunun final qarşılaşması keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, final qarşılaşmasında London şəhərinin təmsilçiləri "Arsenal" və "Çelsi" üz-üzə gəliblər.

Oyun "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Pyer-Emerik Obameyanq (28-ci və 67-ci dəqiqələr) və Kristian Pulişiç (5-ci dəqiqə) vurublar.

Beləliklə, "Arsenal" 14-cü dəfə İngiltərə Kubokunun qalibi olub.

Milli.Az