Azərbaycanda zəlzələ olub

2 Avqust 2020 07:59

Avqustun 1-də yerli vaxtla saat 23:54-də Qobustan stansiyasından 23 kilometr qərbdə - Şamaxı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Milli.Az