Azərbaycan diasporunun uğuru Paşinyanı öz hökumətində təmizlik aparmağa məcbur etdi

1 Avqust 2020 23:53

Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqıa 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.

İyulun ortalarında Ermənistanın növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması və bunun nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı.

Haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü.

Baş vermiş hadisələr, azərbaycanlıların fəallığı erməni lobbsinin mürtəce, vəhşi simasını ifşa etdi.

İrəvanda nəşr olunan "Past" qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addımı atmasına səbəb Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub. Onu xüsusilə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib.

Baş nazir həmçinin Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib.

Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Paşinyan indi köhnələri rədd eləyib, onların yerinə daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək. Çünki Paşinyanın fikrincə, onlar Tovuz döyüşləri zamanı xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diasporlarının qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər.

Bu saat Ermənistan ictimaiyyəti Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir.

Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Lakin iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə millik kimlik şüuru ilə mübarizəyə qalxdılar.

Bu isə nə Ermənistandakı erməniləri, nədəki Paşinyanın özünü əsla qane edə bilməzdi. Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı biraz səngitmək üçün Diaspor Komitəsinin şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi.

Məhz bu uğursuzluq Paşinyanı əməli addımlar atmağa və diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmağa məcbur etdi.

Milli.Az