Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

1 Avqust 2020 22:14

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 283 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 732 236 test aparılıb. Aktiv xəstə sayı 5 229 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 64 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az