“De, gəlsin”in qalibi olan meyxanaçı vəfat etdi

1 Avqust 2020 18:06

Meyxanaçı Vüqar Hüseynov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib. Onun səhhətində yaranan problemə görə dünyasını dəyişdiyi bildirilir. 37 yaşlı meyxanaçı Corat kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Vüqar Corat kimi tanınan meyxanaçı 2002-ci ildə, 19 yaşında "De, gəlsin" meyxana yarışmasının qalibi olmuşdu.

Milli.Az