De Byazinin daha bir köməkçisi müəyyənləşdi

1 Avqust 2020 18:50

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin daha bir köməkçisinin adı məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kladio Belucci və Benio Karbonidən sonra Federiko Turisiani də 64 yaşlı mütəxəssisin köməkçisi olacaq.

O, matçların analiz edilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, AFFA 2 gün əvvəl Canni De Byazi ilə müqavilə bağlayıb.

Milli.Az