Qazaxıstanda koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - Vəzifəli şəxsin üzərində

1 Avqust 2020 18:31

Qazaxıstanda koronavirusa qarşı peyvənd insan üzərində sınaqdan keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, peyvəndləmə Qazaxıstan Milli Aqrar Universitetindəki Beynəlxalq Peyvənd Mərkəzində aparılıb.

Respublikanın peyvənd vurulan ilk sakini mərkəzin direktoru Kaysar Tabınov olub.

Ona Avstraliyada hazırlanan və birinci klinik mərhələdə olan "COVAX-19" adlı peyvənd vurulub.

Qazaxıstan Təhsil və Elm Nazirliyinin mətbuat xidməti Qazaxıstan mütəxəssisləri tərəfindən hazırlanan koronavirus peyvəndinin klinik sınaqlardan uğurla keçdiyini bildirib.

Xatırladaq ki, hazırda ölkədə 90 367 nəfərdə koronavirus infeksiyası təsdiqlənib, 60 825 xəstə sağalıb, 793 nəfər ölüb.

Milli.Az