Neft yenidən bahalaşıb

1 Avqust 2020 13:15

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,84% artaraq 1 barelə görə 43,30 dollar təşkil edib.

Milli.Az APA-ya istinadla bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,88% artaraq 40,27 dollar təşkil edib.

Milli.Az