Bakıda motosiklet sürücüsü qəza törədib

1 Avqust 2020 08:12

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə keçmiş "Komsomol" dairəsində baş verib.

Motosikleti idarə edən 2001-ci il təvəllüdlü Zəkizadə Mirmünasib Miradəm oğlu dairənin səkisinə çırpılıb. O, ağır xəsarət alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, xəstəxanaya komatoz vəziyyətdə qəbul edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Milli.Az