Liqa kubokunu da qazandı - PSJ

1 Avqust 2020 08:18

Fransa Liqa kubokunda mövsümə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Sen-Denidəki "Stad de Frans"da final oyunu baş tutub.

Həlledici görüşdə PSJ və "Lion" üz-üzə gəlib. 120 dəqiqəsi qolsuz bitən matçın taleyini penaltilər seriyası həll edib.

Zərbələri daha dəqiq yerinə yetirən PSJ qalib gəlib. Bununla da parislilər tarixində 9-cu, son 7 ildə 6-cı dəfə Liqa kubokunu başı üzərinə qaldırıblar.

Fransa Liqa kuboku
Final
31 iyul

PSJ - "Lion" - 0:0, pen. 6:5

Milli.Az