12 xal silinəcək – İngiltərə klubundan

1 Avqust 2020 08:53

İngiltərənin "Şeffild Uensdey" klubu maliyyə pozuntusu üzündən cəzalanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Çempionşip təmsilçisinin hesabından 12 xal silinəcək.

Cəza növbəti mövsümə tətbiq ediləcək. Şeffild təmsilçisi yeni çempionata "-12" xalla başlayacaq.

Cəzaya səbəb klubun "Hillsboro" stadionunun satışını 2017/18 mövsümünün hesabatında göstərməsi olub. Hərçənd satış bir il sonra gerçəkləşib.

Qeyd edək ki, "Şeffild Uensdey" ötən mövsümdə 16-cı yeri tutub.

Milli.Az