Azərbaycanın ucqar ərazilərində AEM-in inkişafı üçün layihələr hazırlanır

31 İyul 2020 21:00

Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın ucqar yaşayış məntəqələrində alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlərin əsas hissəsi layihələrin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasıdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Agentliyin sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, ucqar yaşayış məntəqələrini enerji mənbələri, eləcə də lazımi avadanlıqlarla təmin etmək üçün lazım olan maliyyə vəsaitlərinin miqdarını müəyyənləşdirmək lazımdır.

"Əlbəttə ki, nəticədə, enerji təchizatı baxımından çətin şəraitdə əhalimizin sosial məmnuniyyət səviyyəsinin artacağına və bununla da ucqar yaşayış məntəqələrinin sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəmizi verəcəyik", - C.Məlikov deyib.

Qeyd edək ki, bu il Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi ucqar yaşayış məntəqələrində, kəndlərdə və yerlərdə alternativ enerji təchizatı yaradılması layihəsi çərçivəsində üç istiqamətdə layihə hazırlayır.

Xatırladaq ki, bu il Dövlət Agentliyinin ən vacib işlərindən biri ucqar qəsəbələrdə, kəndlərdə və yerlərdə alternativ enerji təchizatı yaradılması olub. Agentlik bu istiqamətdə ölkənin müxtəlif bölgələrindəki kəndlərdə (Lənkəran, Quba, Şəki-Zaqatala, Samux-Şəmkir) 12 pilot layihə seçib. Bu layihələr üzrə agentlik alternativ enerji mənbələrindən istifadə imkanları barədə təkliflər hazırlayır.

Hazırda Azərbaycanda alternativ energetikanın inkişafı üçün ardıcıl addımlar atılır. Bu məqsədlə Çin, BƏƏ, ABŞ və AB ölkələrin şirkətləri də daxil olmaqla xarici şirkətlər və investorlarla danışıqlar aparılır.

Alternativ enerji mənbələri, yandırıldıqda atmosferə karbon qazını atmosferə burazaraq istixana effektinin artmasına və qlobal istiləşməyə töhfə verən ənənəvi mənbələri əvəz edən, bərpa olunan bir mənbədir.

Milli.Az