TƏBİB: Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası müzakirə olunur

31 İyul 2020 16:34

Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: "Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək".

Milli.Az