Üçotaqlı ev yandı

31 İyul 2020 18:11

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 160 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az