Telegram Apple-a qarşı müharibə başladır

4 Avqust 2020 08:21

Telegram şirkəti Avropa Komissiyasına Antiinhisar reqlamenti pozduğuna görə Apple-a qarşı iddia qaldırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunun səbəbi App Store-da fəaliyyət göstərən tətbiqlərdən götürülən 30%-lik xidmət haqqıdır.

Müvafiq sənəd Avropa Komissiyasının ədalətli rəqabət şöbəsinin rəhbəri Marqret Vestagerə təqdim olunub.

Sənəddə qeyd olunur ki, Apple yalnız App Store-dan deyil, həm də üçüncü tərəf platformalardan öz cihazlarına proqram yükləməsinə icazə verməlidir.

Qeyd edək ki, Telegram-ın iddiasından əvvəl, digər IT nəhəngləri, məsələn, Rakuten və Spotify oxşar bəyanatlarla çıxış ediblər. Şirkət App Store-da bütün tətbiqlərin satışından mənfəətin 30%-ni götürür.

Milli.Az