Koronavirusun suda neçə saata məhv olduğu müəyyən edildi

31 İyul 2020 20:55

Suda koronavirusun bütün hissəcikləri (90 faizi) 24 saat ərzində ölür.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinə ("Rospotrebnadzor") istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, 72 saat ərzində suda koronavirus hissəciklərinin 99,9 faizi ölür. Bu göstəricilər otaq temperaturunda olan su üçün keçərlidir.

Milli.Az