"Barselona" qara formada - FOTO

31 İyul 2020 14:57

"Barselona" yeni mövsümdən komandanın geyinəcəyi səfər formasını təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, formalar qara rəngədir, yaxasında və qollarında qızılı yazılar var.

Bu, klubun tarixində 3-cü qara dəstdir. Komanda 2011/12 və 2013/14 mövsümündə də qara rəngli formada çıxış edib.

Milli.Az