Pirlo "Yuventus"a qayıtdı - Rəsmi

31 İyul 2020 15:49

"Yuventus"un sabiq futbolçusu Andrea Pirlo klubun U-23 komandasının baş məşqçisi təyin olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı sabiq yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu "Nyu-York Siti" olub.

Milli.Az