Bayram günləri və həftə sonları müntəzəm avtobuslar necə işləyəcək? - BNA açıqladı

30 İyul 2020 19:33

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a məlumat verilib.

Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

Milli.Az