Azərbaycan-Türkiyə birgə təlimlərindən görüntülər - VİDEO

30 İyul 2020 16:42

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Milli.Az Azərbaydan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır. Təlimlərin 10 avqusta kimi davam edəcəyi planlaşdırılır.

Milli.Az