Azərbaycanda itirilmiş diplomu necə bərpa etməli?
21 Dekabr 2011 15:17
Milli.Az xəbər portalının məlumatına görə, bunu Day.Az saytına nazirliyin xüsusi şöbəsinin məsləhətçisi Rəşad Əliyev bildirib. O, belə müraciətlərə operativ şəkildə baxıldığını söyləyib:
"Diplomunu itirmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bundan sonra "Azərbaycan müəllimi" qəzetində sənədin itdiyinə dair elan verilməlidir. Polisdən diplomun itdiyini təsdiqləyən arayışın alınmasından sonra həmin şəxs müvafiq ali məktəbə ərizə ilə müraciət etməlidir".
Nazirlik rəsmisinin sözlərinə görə, bundan sonra həmin ali məktəb lazımi sənədləri hazırlayır və Təhsil Nazirliyinə məzuna yeni diplomun verilməsi xahişi ilə müraciət edir. Prosesin hansı müddətə başa çatması sənədlərin toplanması və nazirliyə müraciət vaxtından asılıdır.
Diplomunu itirmiş şəxsdən buna görə heç bir cərimə tələb olunmur.
Milli.Az