Ronaldu 6 milyon avroya yaxta aldı

30 İyul 2020 15:47

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu yeni yaxta alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu yaxta üçün  5.5 milyon funt-sterlinq (təqribən 6 milyon avro)  ödəyib. Bildirilir ki, yaxtanın dəniz mənzərəsinə açılan 5 kabini, 6 vanna otağı, 2 geniş salonu, yemək otağı, müasir mətbəxi var.

Onun bu yaxtanı A seriyasının qalibi olduqdan sonra aldığı vurğulanıb.

Qeyd edək ki, Ronaldu yaxtada  sevgilisi Corciana Rodriqes və uşaqları ilə birgə çəkilən fotonu öz "İnstaqram" hesabında paylaşmışdı.

Milli.Az