"Zenit"də yeni müqavilə

30 İyul 2020 17:33

"Zenit" futbolçusu Artem Dzyuba ilə müqavilənin müddətini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 2+1 illik yeni müqavilə imzalanıb. Yeni müqavilə ilə o, ilinə 3,7 milyon avro qazanacaq.

Qeyd edək ki, A.Dzyuba 2015/2016 mövsümündən "Zenit"də oynayır.

Milli.Az