Gürcüstanda koronavirusa yoluxanların sayı 1160 nəfərə çatıb

30 İyul 2020 11:56

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 5 yoluxma halı qeydə alınıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1160 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6489 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 935 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Milli.Az