Türkiyə kubokunun final qarşılaşması keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, həlledici oyunda "Trabzonspor"la "Alanyaspor" klubları üz-üzə gəlib.
İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə "Trabzonspor" 2:0 hesabı ilə qalib gələrək tarixində 9-cu dəfə ölkə kubokunu qazanıb.
29 iyul
"Trabzonspor" - "Alanyaspor" - 2:0
Qollar: Ömür, 25, Sorlot, 90+10
Milli.Az