Bakıda davada bir nəfər daşla döyülüb

30 İyul 2020 08:33

Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şərifli küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Soltan Ələddin oğlu naməlum şəxslə mübahisə zamanı döyülüb. Daha sonra başına daşla zərbə vurulub. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az