Kişi qadını boşayarkən ona verdiyi hədiyyələri və zinət əşyalarını geri ala bilərmi?

1 Avqust 2020 20:45

Boşanma (talaq) zamanı kişi qadına vəd etdiyi mehriyyəni ödəməlidir. Eləcə də, dini və dünyəvi qanunlar çərçivəsində ümumi əmlakdan qadına pay verilməli, əgər azyaşlı uşaqlar varsa, ata onlar üçün maddi təminat (aliment) ödəməlidir. Evlilik müddəti boyunca kişinin və qohumlarının qadına verdikləri hədiyyə qismində olan əşyalar boşanma zamanı qadında qalır. Yəni əgər hər hansı mülkiyyət yaxud bəzək əşyası qadına hədiyyə kimi bağışlanıbsa və onun şəxsi mülkü kimi qəbul edilibsə, qadın bunların həmişəlik sahibi sayılır. Nişan və toy mərasimləri zamanı gəlinə verilən qızıl-gümüş bəzək əşyaları da bura aiddir, çünki milli ənənəyə görə, bu əşyalar gəlinə hədiyyə olaraq bəy tərəfindən verilir. Qadın boşanma zamanı bu əşyaların hamısını özündə saxlamaq hüququna malikdir və kişi bunları geri ala bilməz.

Milli.Az