Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib?

1 Avqust 2020 19:15

Qurani-Kərim ayələrində peyğəmbərlərdən 25 nəfərin adının çəkilməsi və başlarına gələn hadisələrin ətraflı ya da qısa təsvir edilməsi məlumdur. Həmin 25 peyğəmbər bunlardır:

Həzrət Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İshaq, İsmail, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Davud, Süleyman, Əyyub, Yunus, İlyas, Əlyəsə, Zülkifl, Zəkəriyya, Yəhya, İsa və Muhəmməd (hamısına Allahın salamı və salavatı olsun).

Daha bir neçə nəfərin də adı Quranda çəkilir, amma bunların peyğəmbər olub-olmadığı mübahisəlidir. Bəzi rəvayətlərə görə, bunlar da peyğəmbərliyə layiq görülmüşlər, bəzi rəvayətlər isə onların peyğəmbərləiyini təsdiq etmir. Həmin şəxslər bunlardır: Loğman, Talut və Üzeyir.

Milli.Az