"Liverpul"da yeni müqavilə

29 İyul 2020 18:28

"Liverpul" 17 yaşlı futbolçusuyla ilk peşəkar müqavilə imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Konor Bredli Mersisayd klubu ilə peşəkar müqaviləyə imza atıb.

Keçən il "Liverpul"a transfer olunan 17 yaşlı hücumçu, U-18 və U-23 komandalarında forma geyinib.

Bu, irlandiyalı futbolçunun karyerasındakı ilk peşəkar müqavilə olub.

Milli.Az